Haqqımızda
Rahatlıq, yaradıcılıq və icmanı birləşdirən bir məkan yaradaraq insanların işləmək tərzini yenidən formalaşdırdıq.
Kovorkinq məkanımız haqqında
«WorkLab» Kovorkinq Mərkəzi sahibkarlar, frilanserlər və distant (uzaqdan) çalışan komandalar üçün dinamik iş sahəsi təklif edir. Bizim ən müasir şəraitimiz və peşəkar mühitimiz məqsədlərinizə nail olmaq üçün dizayn edilmişdir. Biz fərdi ofislər, ayrılmış masalar və iclas otaqlarının icarəsi də daxil olmaqla, müxtəlif növ çevik üzvlük paketləri təklif edirik. Ən son texnologiyalarla təchiz olunmuş müasir iclas otaqlarımızı onlayn şəkildə və ya mobil tətbiqimiz vasitəsilə rezerv etmək mümkündür. Bundan əlavə, fərdi ofislərimiz komandanızı təhlükəsiz və fərdiləşdirilmiş iş sahəsi ilə təmin edir. Təhlükəsizlik kameraları, giriş-çıxışa nəzarət və video-qeydiyyat sistemi kimi qabaqcıl tədbirlərlə sizin təhlükəsizliyinizi hər şeydən üstün tuturuq. Təmizlik və gigiyenaya verdiyimiz önəm bütün üzvlər üçün rahat və təhlükəsiz iş mühitini təmin edir. Bizim rəngarəng icmamıza qoşulun; netvörkinq, əməkdaşlıq və öyrənmə imkanlarından yararlanın.
Ən böyük uğurlara İmza atacağınız məkan.
Biz sadəcə bir ofis deyil, inkişaf edən bir icma qurmuşuq. Kovorkinq mərkəzimiz diqqətinizi işə cəmləmək, rahatlığınız və hər zaman əlaqədə qalmağınız üçün sizə lazım olan hər şeyi təklif edir.
